Bakıda küçədən silah tapılıb.
Teleqraf.com-un məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Dəmirov Coşqun Rauf oğlu Xətai rayonu, Cavanşir küçəsi, ev 4-ün qarşısındakı zibil qabından qara rəngli sellofana bükülmüş vəziyyətdə olan tapança və darağını tapıb. O, silah və darağı könüllü olaraq polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır.