16 Sentyabr 2014 20:55
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin “Hurriyyət” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Bakının Misirə hədiyyəsi” sərlövhəli məqaləsi dərc olunub.

Səfir məqalədə Azərbaycanın Gəncə şəhəri haqqında məlumat verir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünün yaxın vaxtlarda Misirin İsgəndəriyyə kitabxanasında qoyulacağını bildirir.

Ş.Abdullayev Nizami Gəncəvinin büstünün məşhur İsgəndəriyyə kitabxanasında qoyulmasının Misir və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinin göstəricisi olduğunu qeyd edir.


Müəllif: