15 Oktyabr 2019 13:07
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi “VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi “Hyundai” markalı yük avtomobilləri toqquşub.

Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov