Gürcüstanda 3-cü dəfə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının tərəfdaşı olduğu “Qara Dəniz Gənc Diplomatlar Məktəbi” öz işinə başlayacaq.
Bu barədə Teleqraf.com-a təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Qlobal Cəmiyyət Qurucuları Cəmiyyətinin təşklatçılığı, Gürcüstanın Gənclər və İdman Nazirliyinin, Tibilisi Dövlət Unversitetinin dəstəyi ilə keçirilən tədbir 18-28 sentyabr tarixində Gürcüstanın Cvari şəhərində baş tutacaq.
Azərbaycan, Ukryana, Türkiyə, Moldova, Litva, Latviya, Gürcüstan və Estoniyanın qatıldığı “Gənc Diplomatlar Məktəbi”ndə bu ölkələrin ali məktəblərinin politologiya, beynəlxalq münasibətlər və hüquq üzrə təhsil alan tələbələri iştirak edəcək. Bir həftə ərzində onlar üçün Gürcüstan hökümətinin rəsmi şəxsləri, o cümlədən Gürcüstanda fəaliyyət göstərən səfilirk nümayəndələri tərəfindən müxtəlif mövzularda seminarlar keçirləcək.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı bu layihədə azərbaycanlı iştirakçılarının seçimini və layihədə iştirakını təmin edir. Seçim nəticəsində Azərbyacanı təmsil edəcək 5 nəfər işitrakçı müəyyən edilib. Məktəbin işində həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak edəcək.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci ildə 27 ölkəni təmsil edən gənclər tərəfindən Bakıda təsis edilib. Təşkilatın əsas hədəfi qədim ipək yolu üzərində yerlşən ölkələrin gəncləri arasında mədəni və humanitar mübadiləni təşkil etməkdir.
Nihad