3 Noyabr 2019 20:39
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Beşiktaş rayonunda sərnişin avtobusu dayanacağa girərək qəza törədib.

Teleqraf.com xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində dayanacaqda olan vətəndaşlardan 9-u yaralanıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Hadisə baş verən bölgəyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.


Müəllif: Teleqraf.com