15 Noyabr 2019 08:34
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda atışma olub.

Teleqraf.com xəbər verir ki, hadisə Armavir əyalətində, Eçmiədzində qeydə alınıb. Atışma zamanı 27 yaşlı gənc ağır xəsarət alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, cinayəti törədən şəxs hələ saxlanılmayıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə atəşə tutulmuş "Mercedes" markalı avtomobili aşkarlayıblar. Atışmada yaralanan şəxsin Armavir vilayətinin 27 yaşlı sakini Qurgen Arakelyan olduğu müəyyənləşdirilib. Qeyd edilir ki, onun atası da uzun illər məhkumluq həyatı yaşayıb. Belə ki, Q.Arakelyanın atası Armen Arakelyan Rusiyada Türkiyə vətəndaşını qətlə yetirdiyinə görə həbs edilib.


Müəllif: Mənbə/Report