Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə noyabrın 15-də yolun Abşeron rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.
Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü İlham Məmmədli idarə etdiyi "VAZ-21074" markalı avtomobillə piyada, Abşeron rayonunda yaşayan, 43 yaşlı Səbunə Həsənovanı vurub.
Qadın xəstəxanaya aparılarkən yolda keçinib.
Qəzada ölən Səbunə Həsənova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) işçisidir. O, ADNSU-nun Kimya-texnologiya fakültəsində laboratoriya müdiri olub.
ADNSU-dan fakt təsdiqlənib (Report).