21 Yanvar 2020 16:55
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluğa cəhd edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 20-də saat 2 radələrində Masazır qəsəbəsindəki qorunan evlərin birindən Abşeron rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərənlər - Göyçay rayon sakini N.Kərimov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nərimanov saxlanılaraq Abşeron rayon Polis İdarəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər