26 Yanvar 2020 12:11
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, qəza Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəzada Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Hadisə zamanı "VAZ 2106"da olan 2 nəfər ölüb, avtobusda olan 5 sərnişin isə müxtəlifdərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

***

Fövqəladə Hallar Nazirliyinin qəza barədə yaydığı məlumatda bildirilir ki, "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com