Abşeron rayonunda 4 oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-dən 25-dək olan müddətdə rayon ərazisindəki 4 evdən 3050 manat, 300 ABŞ dolları və 6400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fərəcov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.