Ağcabədi rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi rayon polis şöbəsinə məlumat daxil olub.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.