14 Fevral 13:02

Göygöl rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, fevralın 13-də Göygöl rayonunun Əlmədətli kəndi ərazisində Samux rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayevin münaqişə zəminində tüfəngdən açıdığı atəşlə həmyerlisi Şaiq Əhmədova xəsarət yetirməsi barədə Göygöl rayon polis şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Musayev Samux rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “TOZ-M” markalı tüfəng ondan götürülüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov