14 Fevral 2020 22:00
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində, 1959-cu il təvəllüdlü Sara Əsəd qızı İsmayılova aparıldığı xəstəxanada ölüb.

Qəzada xəsarət alanlar, 1987-ci il təvəllüdlü Gülnar Malik qızı İsmayılova, 1986-c il təvəllüdlü Fərrux Şöhrət oğlu İsmayılov və onun yeddi yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com