Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev sentyabrdan 25-dən 27-dək Tbilisidə “Şərq tərəfdaşlığı ölkələrinin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin hüquqi nəticələri” adlı beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanda səfərdə olacaq.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şuranın dəstəklədiyi layihə çərçivəsində təşkil olunan tədbir Gürcüstan, Moldova və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin hazırlanmasına həsr olunacaq.
Konfransda BMT, ATƏT və Avropa İttifaqının təmsilçiləri ilə yanaşı, şərq tərəfdaşlığı proqramına daxil olan Gürcüstan, Moldova, Azərbaycan və digər ölkələrin yüksək vəzifəli şəxslərinin iştirakı və çıxışı da nəzərdə tutulub. Azərbaycan tərəfindən şura sədri Azay Quliyev işğal altında olan Dağlıq Qarabağ və digər bölgələrə edilən qanunsuz səfərlər və onun nəticələri haqqında məruzə ilə çıxış edəcək.
Tədbirə həmçinin azərbaycanlı millət vəkilləri Bəxtiyar Əliyev, Asim Mollazadə və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qatılacaq.
BƏXTİYAR