28 Fevral 2020 12:20
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda qətl hadisəsi baş verib.

Bərdə rayon prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, fevralın 27-də saat 22 radələrində Bərdə rayonu Zümürxan kəndi ərazisində 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

C.Rəncbəri Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov