28 Fevral 15:56
460

Neftçala rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Neftçala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Xıllı qəsəbəsindəki evlərin birindən 1 400 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri C.Bağırov və onun qardaşı saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların qəsəbə ərazisindəki daha bir evdən 1 500 manat dəyərində qızıl-zinət əşyaları, E.Kazımova, İ.Əliyevə, Ə.Zeynalova və R.Cabbarova məxsus ümumilikdə 20 baş qoyunu qəsəbənin otlaq sahəsindən oğurlamaları da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov