26 Sentyabr 2014 15:52
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Nikaraqua xarici işlər naziri Samuel Santos Lopezlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Söhbət əsnasında həmçinin qarşılıqlı səfərlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər