9 Mart 2020 08:55
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Petroliya yaşayış məntəqəsindən 86 kilometr qərbdə olub.

Zəlzələnin ocağı 2,2 km dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər