Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 25-də Bakı şəhər sakini olan bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Zeynalov saxlanılıb.
Onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilib.