23 Mart 2020 13:23
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ramana qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini İsmayıl Abdullayev vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının dərhal keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “KamAZ” markalı avtomobillə törətməkdə şübhəli bilinən paytaxt sakini S.Ömərov saxlanılıb və onun sərxoş halda olması müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov