İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, mayın 19-dan 27-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1000 manat pul, 790 manat dəyərində televizor və 1 cüt qızıl sırğa oğurlanıb.
İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mican kənd sakini olan, ev sahibəsinin bacısının əri S.Qurbanov saxlanılıb.