Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun 3-cü Alatava yaşayış massivində iki nəfər şəxs 59 yaşlı Mahir İbrahimovun qarşısını kəsib.
Onlar 59 yaşlı kişidən pul tələb ediblər. Sonuncu onlara pul verməkdən imtina edib. Bu səbəbdən aralarında mübahisə yaranıb.
Mübahisə zamanı həmin şəxslər Mahir İbrahimovun qarın nahiyyəsindən bıçaqla vurublar. Yaralı xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Araşdırmalar zamanı cinayəti törədənlərdən biri saxlanılıb. Digərinin saxlanılması üçün əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.