Daşkəsən rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Əhmədli kəndində 2000-ci il təvəllüdlü Elvin Abbasov qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vuraraq, onu qətlə yetirib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Elvin Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.