Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Strasburqda Axıska türkləırini təmsil edən DATÜB Baş katibi Ziyatdin İsmihanoğlu Kassanov, DATÜB Baş katib müavini və Avrupa təmsilçisi Burhan Özkoşar, DATUB Baş katib müavini İlyas Doğan, DATÜB İdarə heyətinin üzvü və Moskva təmsilçisi Fuad Pepinov ilə görüşüb.
Publika.az xəbər verir ki, Q. Paşayeva Strasburqa gəlmiş Ahıska türklərini təmsil edən ictimai xadimlərlə görüşdən məmnun qaldığını bildirərək, onların doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.
Görüşdə Axısxa türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axısxa türkləri təmsilçiləri AŞPA-da qəbul edilən bəzi sənədlərdə adlarının “mesxeti” kimi keçməsindən şikayətləniblər və bununla bağlı resmi düşüncələrini təşkilat rəhbərlərinə də çatdırdıqlarını deyərək əvvəlki sənədlərin bəzilərində adlarının “axısxa türkləri” olaraq keçdiyini və bunun bu cür işlədilməsinin doğru və ədalətli olsuğunu deyiblər. Axısxa türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən danışan axısxa türkləri təmsilçiləri Azərbaycan dövlətinin, prezident İlham Əliyevin daim axısxa türklərinə göstərdiyi diqqət və qayğını böyük minnətdarlıqla vurğulayıblar. Onlar millət vəkili,Azərbaycan-Gürcüstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva axısxa türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da atırmasını da xahiş ediblər. Axısxa türklər bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman göstərəcəyini deyib.