Müsavat Partiyasının başqanlıq seçkisində rəqibi Arif Hacılıya 28 səs fərqilə uduzan və seçkini ədalətsiz sayan Qubad İbadoğlu bu gün partiyanın qərargahında öz tərəfdarları ilə görüşüb.
Teleqraf.com-un məlumatına görə, Q.İbadoğlu özünün Facebook səhifəsində görüşün nəticəsindən doğan təklifləri dilə gətirib. O, Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsinə dair yeni təklifləri irəli sürüb: “1) Partiya üzvlərinin yenidən siyahıya alınmasına başlanılsın. Onların cins, yaş tərkibi, sosial statusuna görə qruplaşdırılması həyata keçirilsin.
2) Partiyanın Məclisinin işi təkmilləşdirilsin və aşağıdakı istiqamətlər üzrə yenidən qurulsun:
2.1. Məclisin nəzdində analitik mərkəz yaradılsın. Analitik mərkəz tərəfindən Müsavat partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı hazırlansın və Məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasından əvvəl həmin sənəd partiya strukturlarında müzakirəyə çıxarılaraq Məclisdə qəbul edilsin.
2.2. Məclisin nəzdində “Müsavar irsi” ideoloji məktəb yaradılsın. Məktəbin Müsavatçılıq idelogiyasına həsr olunan aylıq tematik seminarları təşkil olunsun. Məktəbin tam kursunu bitirən məzunlara sertifikatlar və ideloji sahədə təbliğatçı statusu verilsin, onların cəmiyyətdəkı fəaliyyəti stimullaşdırılsın.
2.3. Məclisin Qarabağ münaqişəsi, gənclərlə iş, regionlarla iş, təhlükəsizlik məsələləri, avro-inteqrasiya siyasəti, insan haqları və azadlıqlar, iqtisadi siyasət, sosial siyasət, təhsil siyasəti, səhiyyə siyasəti, mədəniyyət siyasəti və s. üzrə komissiyaları formlaşadırılsın. Komissiyaların 2015-ci il üçün iş planı Məclisin bu ilin sonuna planlaşdırılan növbəti iclasında qəbul eilsin.
2.4. Müsavat partiyasının 2015-2018-ci illər üçün strateji inkişaf planı və komissiyaların iş planları əsasənda Məclisin 2015-ci il üçün fəaliyyət proqramı qəbul edilsin”.
Bundan başqa Q.İbadoğlu təklif edib ki, icra strukturlarının işi təkmilləşdirilsin və müxtəlif istiqamətlər üzrə hesabatlılığı artırılsın: “İcra aparatın müvafiq şöbələrinin (təşkilatı və maliyyə istisna olmaqla) Məclis qarşısında illik hesabatlılığı təmin edilsin; Partiyanın icra aparatının təşkilat və maliyyə şöbələrinin Məclis qarşısında rüblük hesabatlılığı təmin edilsin; Maliyyə mənbələri, gəlirlər və xərclərə dair aylıq hesabatlar hazırlansın və həmin hesabata Məclis üzvlərinin çıxışı təmin edilsin; Xaricdən yayımlanan telekanalların birində Partiyanın idarəçiliyində olan və dövri olaraq fəaliyyət göstərən efir vaxtının alınmasına nail olunsun; Partiya Məclisinə seçkilər oktyabrın 18-ə təxirə salınsın. Bu təkliflərin həyata keçirilməsi üçün 2015-ci il yanvarın 1-dək müddət ayrılsın”.
Nərgiz