7 Oktyabr 2014 13:46
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib və ad günü münasibətilə onu təbrik edib, prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Teleqraf.com Prezidentin rəsmi saytına istinadla bildirir ki, Rusiya Federasiyasının Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

Xatırladaq ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin 62 yaşı tamam olur.


Müəllif:

Oxşar xəbərlər