Cənubi Koreyanın paytaxtı Seulun bələdiyyə başçısı Park Von-soon itkin düşüb.
Teleqraf.com xəbər verir ki, bələdiyyə başçısının itkin düşməsi barədə polisə məlumatı onun qızı verib.
Seul polisinin açıqlamasında Park Von-soonun yerli vaxtla 17:17-də itkin düşdüyü bildirilir. Onun tapılması istiqamətində araşdırılma başladılıb.
Park Won-soonun qızı polisə ifadəsində atasının telefonun bağlı olduğunu, 4-5 saat əvvəl evdən çıxdığını deyib.
Səlahiyyətlilər Park Von-soonun saat 16:40-dakı proqramlarından birini "qaçılmaz şərtlər" səbəbindən ləğv etdiyini bildirib.
Bələdiyyə başçısının mobil telefonunun siqnalı ən son “Gilsangsa” məbədi yaxınlığında təsbit edilib.
Park Von-soon 2011-ci ildən Seulun meri vəzifəsini icra edib.