Goranboy rayonunun Goran qəsəbəsində “DAF” markalı yük avtomobilinin qoşqusunun yanar hissələri və qoşquya yığılan 20,5 ton ipək kəndirin 20 tonu yanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Avtomobil və kəndirlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.