10 Oktyabr 2014 10:03
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zahid Oruc: “Hazırki dövrdə Qərblə münasibətləri quran tərəf Azərbaycandır”

Tanınmış jurnalist, mərkəzi qərargahı ABŞ-da olan Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Tomas De Vaal son müsahibəsində Azərbaycandakı siyasi vəziyyətlə yanaşı, həmçinin Dağlıq Qarabağ probleminin həlli yollarına da toxunub.

Amma o, bu məsələdə Azərbaycanın güzəştlərə getməsinin vacibliyini vurğulayaraq, “Azərbaycan istədiyi hər şeyi almayacaq – məsələn, ola bilsin, Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq” sözlərini qeyd edib.

Məsələyə münasibət bildirən millət vəkili Zahid Oruc qeyd edib ki, Tomas De Vaal Qərbin maraqlarını əks etdirən rəsmi bir şəxs deyil:

“Ancaq bu dövr ərzində yaxından regiona bələd, dəfələrlə bizim bölgədə səfərlərdə olan və istənilən situasiyasını yaxından müşahidə edən, eləcə də məşhur “Karabakh” kitabını qələmə alan şəxsdir. Bu insanın hazırki dövrdə Cənubi Qafqazdakı vəziyyətə yaxından bələd olduğunu nəzərə alıb müxtəlif beynəlxalq tədbirlərə, konfranslara dəvət edirlər. Təbii ki, onun fikirləri ilə müəyyən qədər hesablaşır, analitik dairələrdə ona hörmət edilir. Onun son açıqlamasında hissə qapılma və təhrif məqamları mövcuddur. Həmin yazıda guya ki, hakimiyyət tərəfindən hər hansı bir siyasi qüvvələrə qarşı təzyiqlərin edilməsinin ən sonda radikalizmlə nəticələnəcəyi və hazırda İraqda və Suriyada döyüşənləri də əlavə edib az qala terror gözlədiyini anons edir”.

Z.Oruc Dağlıq Qarabağ məsələsinə toxunaraq əlavə edib ki, Tomas De Vall istənilən formada mövqeyini açıqlaya bilər:

“Ancaq fakt bundan ibarətdir ki, o, özünün kitabında da göstərdiyi kimi ölkədə hazırki dövrdə Qərblə münasibətləri quran tərəf Azərbaycandır. Bu xətt bağlansa, Gürcüstanın faktiki olaraq nə resursu var ki, Avropa ilə əlaqələrində regional siyasət dəyişmiş olsun. Bilirik ki, iqtisadi proseslər bölgədəki aktivliyi müəyyən edir. Ona görə də bütövlükdə bizim Qarabağ uğrunda savaşımızın nə ilə nəticələnəcəyini fərqli nəzərdən dəyərlərləndirənlər ola bilər. İddia edilə bilər ki, hazırki dövrdə Rusiya ilə Ukrayna arasındakı savaşdan yararlanıb yalnız bir neçə rayonu qaytara, Rusiya ilə əlaqələrimizi sıxlaşdırmaqla onun qurmaq istədiyi goepolitik layihələrə qatılmaqla ərazi bütövlüyümüzün təminatında mühüm addımlar ata bilərik. Eləcə də kimsə iddia edə bilər ki, əksinə Qərb daha əlverişlidir, biz onlara söykənməklə guya Rusiyanın daha da zəifləməsində iştirak edəcəyik və beləliklə özümüzün əzəli və əbədi düşmənimiz olan Ermənistanla hesabın XXI əsrdə tam çözülməsinə nail olarıq. Üçüncülər də müəyyən mənada neytral mövqe təklif edərlər ki, hazırki dövrdə bu beynəlxalq konfrantasiyanın mərkəzində olmayaq. Ona görə də mən Tomas De Vaalın fikirlərinə belə qiymət verərdim ki, ölkəmizin məqsədi hazırki dövrdə istənilən bir şəraitdə nəyin bahasına olur-olsun Xankəndinə bayraq sancmaqdan daha çox torpaq bütövlüyünü optimal formada reallaşdırmaqdır. Bu nə qədər sülh vasitələri ilə mümkün olacaqsa, bir o qədər yaxşı olacaq. Biz sadəcə terror və ya partizan müharibəsi, yaxud da məlum beynəlxalq şəraitdən faydalanıb bir həftəlik silahlı əməliyyatlarla nə isə qaytaracağımıza ümid bəsləyəcəyək bir avantürist addımlar atmarıq. Ona görə ki, buna bizi təhrik etmək istəyən dairələr var.
Zənnimcə, bu fikirlər bütünlüklə Tomas De Vall kimi düşünənlərə reaksiyamızı göstəririk ki, hazırda bizim davamız, mübarizəmiz ərazi bütövlüyünə nail olmaq məsələsidir. Bu məsələ artıq 20 ildən çoxdur gündəmdədir. Təəssüf ki, məlum beynəlxalq münaqişələr, hadisələr Qafqazdakı prosesləri müəyyən mənada arxa planda saxlayır. Bu, bir tərəfdən də bizim ziyanımıza deyil”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər