Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Qara Qarayev prospektində yerləşən “Oba market”ə girən müştəri oradan mineral su və spirtli içki oğurlayıb.
Daha sonra ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, 1981-ci il təvəllüdlü Kamal Mustafayev saxlanılıb.
O, ərazi üzrə 24-cü polis şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.