30 Avqust 2020 13:52
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejiminin tələblərini pozaraq Qubaya gizli yollarla “Aşura” mərasiminə dəstək məqsədi ilə Masallı və Lənkəran rayonlarından gələn dindarlar polis tərəfindən saxlanılıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.

Məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq Quba rayonunda yerləşən Zərdabi və Hacı Cəfər məscidlərində “Aşura” məclisi keçirmək üçün dəstək olmağa gələn iki şəxsi saxlayıblar.

Araşdırmalarla onların Masallı rayon sakini Samir Hüseynli və Lənkəran rayon sakini Arif Hüseynov olduqları məlum olub.

Qaydaları pozan A.Hüseynov və S.Hüseynli barəsində qanunauyğun tədbirlər görülüb və onlar 10 sutka inzibati həbs ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər