Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 800 manat, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov saxlanılıb.