9 Sentyabr 2020 12:38
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 8-də saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Ş.Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olan “Escot” markalı ov tüfəngi, 10 ədəd patron və 1 boş giliz aşkar edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Nofəl Süleymanlı məşhur gitaraçıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər