9 Sentyabr 2020 15:55
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, narkotik vasitə ilə tutulmuş N.Əhmədovanın ətrafında Səbail rayon Polis İdarəsində araşdırma aparılıb.

Ona narkotik vasitəni satmaqda şübhəli bilinən Yeni Günəşli qəsəbəsində yaşayan X.Mustafayeva saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq, yaşadığı mənzildən isə 9 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən tədbirlərlə X.Mustafayevaya narkotik vasitəni satmaqda şübhəli bilinən A.Sadıqov da müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qramdan artıq marixuana, yaşadığı mənzildən isə 24 qramdan artıq tiryək aşkar edilib.


Müəllif: Hacı Zeynalov