14 Oktyabr 2014 11:35
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqanlıq seçkisinin nəticələri müzakirə olunduğu vaxtda müsavatçılar sosial şəbəkələrdəki gizli qruplarla bağlı mübahisələrə başlayıblar.

Teleqraf.com-un xəbərinə görə, sentyabrın 27-də Müsavatın qurultayının nəticələrindən narazı qalan Qubad İbadoğlu və tərəfdarları yeni başqan Arif Hacılıya qarşı hücuma keçiblər. Başqanlığa keçmiş namizəd Q.İbadoğlu hesab edir ki, başqanlıq seçkisində ədalətsizlik olub və artıq onun tərəfdarları sırasında Gənclət Təşkilatının sədri və üzvləri istefa veriblər.

Media müstəvisində olan söz savaşı indi Facebook sosial şəbəkəsi üzərinə keçib. Son günlərin müzakirə mövzusu isə açılan gizli qruplar və bu qruplarda Q.İbadoğlu tərəfdarlarının təhqir olunması məsələsidir.

“O gizli qrup Arif Hacılının qrupu deyil”

Müsavat Məclis üzvü, A.Hacılının qardaşı Mustafa Hacıbəyli sözügedən gizli qrup barədə deyilənlərə aydınlıq gətirdi. O deyib ki, Facebook-da Müsavat üzvləri adına 3 qrup olub:

“Sonra təşəbbüs qalxdı ki, digər 2 qrup ləğv olunsun və 1 qrup saxlanılsın. Bu təşəbbüsə rəğmən yenə “Müsavat üzvləri” adında 2 qrup qalıb. “Qubad İbadoğlu tərəfdarları” adında qapalı, yəni gizli qrup da mövcuddur. Başqa-başqa qruplar da var ki, bu qruplardan birinə haker hücumu olub və ortaya Arif Hacılının bir neçə tərəfdarının daxili yazışmasını çıxarıblar. Gördük ki, həmin yazışmalarda Qubad İbadoğlu tərəfdarlarının əleyhinə deyilən tənqid, hətta təhqiramiz ifadələr də vardı. Biz buna təəssüf edirik. Bu, Arif Hacılının və ya onun tərəfdarlarının qrupu deyil. Arif Hacılının tərəfdarları qrupu olsaydı, onun üzvlərinin sayı 228 olardı, halbuki o qrupda cəmi 15-20 nəfər olub. Bəzi adamlar qurultayda saxtakarlıq olduğunu, saxtakarlığın arxasında İsa Qəmbərin durduğunu dedilər. Bu da istər istəməz müsavatçılarda bir hiddət doğurur. Təəssüf ki, hövsələ ilə reaksiya verməyən dostlar da olub. Amma Müsavata qarşı haqsız ittihamlara cavab verən adamların bu hiddətini qəbul etməməklə yanaşı gizli qrupa haker hücumu təşkil etmək və bunu yaymağın özünün də ayıb bir iş olduğunu düşünürəm”.

“Vəzifə iddiam yoxdur”

Keçmiş başqan İsa Qəmbərin müşaviri olmuş M.Hacıbəyli yeni başqanın komandasında hansı postu tutacağı barədə sualı belə cavablandırıb:

“Müsavatda bir komanda var, o komandanın lideri İsa Qəmbərdir. Müsavat komandasında mən 22 ildir bu və ya digər görəvdə olmuşam. İndi də Məclis üzvüyəm və başqa bir vəzifə tutmaq iddiam da yoxdur. Ümumiyyətlə, bu illər ərzində heç vaxt heç yerə iddia etməmişəm. Yalnız bir dəfə İsa Qəmbər özümə də xəbərdarlıq etmədən müşavir təyin edib, başqa heç vaxt heç yerə təyinatım olmayıb”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər