"Ermənistan dövlətinin azərbaycanlı mülki şəxslərə qarşı terroru davam edir".
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində məlumat verib.
O bildirib ki, bir neçə dəqiqə öncə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket hücumu təşkil edib:
"Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası var. Bu, çarəsizliyin barbar ifadəsidir".