15 Noyabr 2020 09:38
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda güclü yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şıxlar kəndində ümumi sahəsi 500 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 280 m² sahədə və içərisinə yığılan 40 ton ot bağlamasının 16 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com