19 Noyabr 2020 13:30
2 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda silahlı insident olub.

Teleqraf.com xəbər verir ki, Masallı rayon polis şöbəsinə noyabrın 17-də saat 23 radələrində Babaser kəndi ərazisində qanunsuz ov edən kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Nərimanzadənin ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi A.Dadaşovun qarın nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən Ə.Nərimanzadədən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər