30 Noyabr 2020 12:44
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş və karantin qaydalarına zidd davranaraq müalicə aldıqları ünvanı tərk etmiş ümumlikdə 11 COVID-19 xəstəsi müəyyən edilib.

Həmin şəxslər rayonun müxtəlif yerlərində aşkar olunaraq müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Onlarla bir daha profilaktiki səpkidə söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər