7 Yanvar 2021 13:00
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini İ.Verdiyev şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin götürülüb.

Davam etdirilən əmliyyat-axtarış tədbiri nəticəsində onun “BMW” markalı avtomobilindən isə 10 kiloqramdan artıq heroin götürülüb.


Müəllif: Hacı Zeynalov