18 Yanvar 2021 09:59
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyini mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov Cəlilabad rayon sakini Y.Nuruşovun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilib.

Şöbədə avtomobilə keçirilən baxış zamanı oradan N.Zülfüqarova məxsus qara rəngli polietilen torbada ümumi çəkisi 4 kiloqram 115 qram olan narkotik vasitə heroin aşkar edilib.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər əməliyyat tədbiri nəticəsində rayon sakini Qoşqar Qənbərli saxlanılıb.

Onun yaşadığı evdən 1 kiloqram 365 qram narkotik vasitə heroin, əlavə olaraq qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər