22 Yanvar 2021 12:44
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda silahlı şəxsə qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən Cəlilabad rayon sakini, əvəllər məhkum olunmuş Z.Soltanov həbs olunub.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər