İstanbulun Zeytunburnu rayonu sahillərində Komor Adaları bayrağı altında üzən “Streamline” adlı yük gəmisi saya oturub.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, gəminin saya oturmasına bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəb olub. Morini limanında qeydiyyatda olan gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus xilasedici gəmilər cəlb olunub. Xilasetmə işləri davam etdirilir.
Mərmərə dənizində yaranan şiddətli fırtına səbəbindən İstanbulda bəzi gəmi səfərləri təxirə salınıb.