Bakının Suraxanı rayonunda yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, rayonun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Əhmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini L.Qəhrəmanovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.