15 Fevral 2021 09:50
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Teleqraf.com xəbər verir ki, əvvəllər də sürücülük hüququ olmadan yol hərəkəti qaydalarını kobud surətdə pozduğu üçün inzibati qaydada həbs edilən, rayon sakini, Tural Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.

Həmin şəxs barəsində Şəmkir rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər