25 Fevral 2021 09:51
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün indiyədək maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.

“Eyni zamanda, paytaxtın 11 ərazisində texniki cəhətdən nasaz olan avtomobillər yollarda suni tıxaclar yaratdı”, - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər