Masallı rayonunun Qəriblər kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Masallı rayonunun Qəriblər kənd sakini Ə.Əliyev idarə etdiyi “Mersedes” markalı avtonəqliyyat vasitəsilə yolu keçmək istəyən piyadanı-rayonun Allahyarlı kənd sakini İsrafil İsrafilovu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Yol qəzasını törədərək hadisə yerindən qaçan sürücü Ə.Əliyev Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi avtomobillə birgə saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.