İstanbul hava limanında Türkiyə Hava Yollarına məxsus iki təyyarəyə bomba qoyulduğu barədə məlumat daxil olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, məlumat daxil olan kimi təyyarələr təhlükəsiz əraziyə aparılıb. Həmin təyyarələrin yoxlanıldığı bildirilir.
Qeyd edək ki, təyyarələrdən biri Almaniyanın Münhen, digəri isə Ştutqart şəhərinə uçuşa hazırlaşırmış.