Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Səhləbad kənd sakini Təhmasib Həsənəliyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Təhmasib Həsənəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.