13 Aprel 2021 17:38
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Katex kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman kənd sakini Akif Osmanovun qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi və mərasim iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər